10 may 2024 15:00
237

Mədəniyyət Nazirliyinin kollektivi Ulu öndərin məzarını ziyarət edib

Mayın 10-u dünya şöhrətli siyasətçi, xalqımızın Ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin doğum günüdür.

Mədəniyyət nazirliyindən "İki sahil"ə verilən xəbərə görə, Ulu öndərin anadan olmasının 101-ci ildönümü münasibətilə dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Mədəniyyət Nazirliyinin kollektivi də Heydər Əliyevin məzarını ziyarət edib.

Ölkəmizə rəhbərliyinin bütün dövrlərində mədəniyyətimizin inkişafına böyük diqqət və qayğı göstərmiş Ümummilli liderin məzarüstü abidəsinin önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad olunub.