10 may 2024 16:10
254

ADY Ümummilli Lider Heydər Əliyevin anadan olması münasibətilə qanvermə aksiyası təşkil edib - FOTO

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə inzibati binada qanvermə aksiyası təşkil edib.

ADY-dan “İki sahil"ə verilən məlumata görə, xoşməramlılıq dəyərimizdən yola çıxaraq Mərkəzi Qan Bankı ilə birgə keçirdiyimiz aksiyada ADY-nin müxtəlif xidmət sahələrindən onlarla əməkdaş fəal iştirak edib.

Qanvermə aksiyasının əsas məqsədi talassemiya və hemofiliya kimi qan azlığı xəstəliklərindən əziyyət çəkən insanlara dəstək olmaqdır.