Slovakiya Baş naziri Robert Fitsonu güllələyən şəxsin Slovakiyanın Leviçe şəhərinin 71 yaşlı sakini olduğu üzə çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə yerli media yazır. Hadisəni törədən şəxsin motivləri aydınlaşdırılır.
Slovakiyanın Daxili İşlər Nazirliyi respublikanın Baş naziri Fitsonun həyatına sui-qəsd cəhdinin edildiyini təsdiqləyib.
Yerli media Baş nazirin həyatına təhlükə olmadığını yazır. "Reuters" xəstəxana nümayəndəsinə istinadən xəbər verir ki, Slovakiyanın Baş naziri xəstəxanaya gələrkən huşunu itirib, ona tibbi yardım göstərilib, vəziyyəti stabilləşib.
II Qareginin qardaşını və qardaşı oğlunu azad edən hakimə qarşı icraat başladılıb
Polşa Ukraynaya verilən silahlara görə Aİ-dən 270 milyon avro kompensasiya alacaq
Kallas: Aİ-nin müdafiə nazirləri Ukraynaya "Patriot" raketlərinin verilməsi ilə bağlı razılığa gəlməyiblər
Polşa Hərbi Hava Qüvvələrinə Rusiyadan uçan obyektləri vurmağa icazə veriləcək
Avropa Komissiyası Aİ-nin diplomatik xidməti üzərində nəzarət uğrunda mübarizə aparır