22 may 2024 11:47
174

TBMM-in Baş katibinin müavini Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti mayın 22-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə güllər qoyub.

“İki sahil” xəbər verir ki, nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb.

Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət olunub, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb.