26 may 2024 12:23
174

Ozobiç üzr istədi

"Neftçi"nin futbolçusu Filip Ozobiç 36-cı turun "Sabah"la oyunundan sonra jurnalistlərə açıqlama verib.

“İki sahil” xəbər verir ki, o, bildirib: “Sadəcə onu demək istəyirəm ki, azarkeşlərdən üzr istəyirəm. Bilirəm ki, bu, onlara heç nə verməyəcək. Amma yenə də onlardan üzr istəyirəm. Bu futboldur, hər şey ola bilər. Çox danışmaq istəmirəm. Ancaq azarkeşlərə üzrxahlığımı çatdırmaq istəyirəm”.

Qeyd edək ki, “Neftçi” Misli Premyer liqasının son turunda “Sabah”a 0:1 hesabı ilə məğlub olaraq mövsümü 5-ci yerdə başa vurub və avrokuboklardan kənarda qalıb.