26 iyun 2024 09:16
177

Bitdi, mən artıq yoxam - Pol Poqba

Dopinq qəbul etdiyinə görə dörd il futboldan uzaqlaşdırılan "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerası haqda emosional danışıb.

“İki sahil” xəbər verir ki, "Bitdi, mən artıq yoxam. Kim olduğumu bilmirəm. Futbol mənim həyatım idi. Peşəkar karyeramda qazandığım hər şey əlimdən alındı", - deyə o bildirib.

Xatırladaq ki, ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən keçib. Fevralın 29-da antidopinq məhkəməsi onun dörd il müddətinə futboldan kənarlaşdırılması ilə bağlı qərarı təsdiqləyib.