26 iyun 2024 13:55
329

"Qəbələ" heyətinə yeni futbolçu qatıb

Transfer çalışmalarına start verən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

“İki sahil” xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Qeyd edilib ki, müdafiəçi Vüqar Həsənov “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.

V.Həsənov son iki mövsümdə “Səbail”in formasını geyinib. O, bunadək “Şamaxı-2” (2017-2018), “Neftçi-2” (2020), “Kəpəz” (2021-2022) komandalarında çıxış edib.

Qeyd edək ki, müdafiəçi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin də şərəfini qoruyub.