26 may 2024 18:32
232

Ten Haq: Məni "Mançester Yunayted"də istəməsələr...

"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq klubdakı işindən danışıb.

“İki sahil” “The Independent”ə istinadən xəbər verir ki, o deyib: “İki ildə iki kubok, üç final pis deyil. Biz irəliləməyə davam etməliyik. Mən bundan razı deyiləm, daha yaxşısını etməliyik.

“Mançester Yunayted”də işə başlayanda dedim ki, mən qələbə üçün buradayam və komanda qurmaq istəyirəm. Hər ikisini edirəm. Amma daha məni klubda istəməsələr, başqa yerə gedəcəyəm, matçlar və kuboklar qazanacağam. Çünki bütün karyeramı elə eləmişəm”.

Xatırladaq ki, mayın 25-də “Mançester Yunayted”  həlledici oyunda “Mançester Siti”ni 2:0 hesabı ilə məğlub edərək, İngiltərə Kubokunun qalibi olub.