28 may 2024 12:09
161

Albaniya XİN: Azərbaycanla əlaqələri genişləndirməyə ümid edirik

Albaniya Azərbaycanla ikitərəfli əlaqələri genişləndirməyə ümid edir.

“İki sahil” xəbər verir ki, bu barədə Albaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

“Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə təbrik edirik! Biz əməkdaşlığın müxtəlif sahələrində ikitərəfli əlaqələrimizi genişləndirməyə ümid edirik”, - paylaşımda qeyd olunub.