Yarışlarda iştirak etmək üçün Ukraynaya gedən israilli MMA döyüşçüsü Haim Gözəli sui-qəsdə məruz qaldığını iddia edib.
“İki sahil” xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Qeyd edilənlərə görə, insident yarışın keçirildiyi Ukraynanın Rumıniya ilə sərhədə yaxın şəhərində baş verib. Odlu silahlarla silahlanmış naməlum şəxslər H.Gözəlinin oğlu və məşqçisi ilə birlikdə yaşadığı otelə basqın ediblər. Davadan sonra polis hadisə yerinə gələnə qədər israilli idmançı otelin damına sığınmağı bacarıb.
H.Gözəli deyib ki, səlahiyyətlilər hadisəni ört-basdır etməyə çalışıb və onun ölkədə qalmasına qadağa qoyublar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”