09 iyun 2024 21:09
478

Azərbaycan I Liqasına vəsiqə uğrunda ilk pley-off görüşü keçirilib

Futbol üzrə Azərbaycan I Liqasını 10-cu sırada başa vuran "Araz Saatlı" klubu II Liqanın ikincisi "Cəbrayıl" klubu ilə üz-üzə gəlib.

“İki sahil” xəbər verir ki, 2024/2025-cü illər mövsümündə I Liqada mübarizə aparmaq uğrunda pley-off mərhələsinin ilk görüşü "ASCO Arena"da baş tutub.

Qarşılaşma "Cəbrayıl" kollektivinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, iki oyunun nəticəsinə əsasən qələbə qazanan tərəf növbəti mövsüm Azərbaycan I Liqasında çıxış etmək hüququ qazanacaq.