13 iyun 2024 12:48
233

Səbinə Xasayeva Yeni Yasamalda bir qrup vətəndaşı qəbul edib

İyunun 13-də 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibatı ərazi dairəsində bir qrup vətəndaşı fərdi qaydada qəbul edərək onların problemlərini dinləyib.

“İki sahil” xəbər verir ki, qəbula gələnlər müxtəlif məsələlərlə əlaqədar qaldırdıqları problemlərin aradan qaldırılmasına  köməklik göstərilməsini xahiş ediblər.

Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət

vəkili Səbinə  Xasayeva tərəfindən nəzarətə götürülüb.

Qəbulda Yasamal  rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fərhad  Hacıyev iştirak edib.