17 iyun 2024 10:20
181

Joao Feliks “Fənərbağça”ya gəlir?

"Fənərbağça" portuqaliyalı futbolçu Joao Feliksi transfer edə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat yayıb.

Komandanın yeni baş məşqçisi Joze Mourinyo həmyerlisini heyətə cəlb olunmasını arzulayır. "Atletiko"ya məxsus Feliks son mövsümü icarə əsasında "Barselona"da keçirib. "Fənərbağça" onun icarə olunması variantını nəzərdən keçirir.

Qeyd edək ki, 24 yaşlı hücumçu 2023/2024 mövsümündə 44 oyunda 10 qol və 6 ötürmə ilə yadda qalıb.