Növbəti mövsüm İtaliya A seriyasında mübarizə aparacaq "Venesiya" baş məşqçisi Paolo Vanoli ilə yollarını ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, "Venesiya" 51 yaşlı mütəxəssisin rəhbərliyi altında 2023/2024 mövsümündə İtaliya B seriyasından A seriyasına yüksəlib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar