27 iyun 2024 15:45
692

Türkiyənin 500 ən böyük sənaye müəssisəsi: Siyahıda "Star" və "Petkim" də var

Türkiyənin 500 ən böyük sənaye müəssisəsi araşdırmasının 2023-cü il üzrə nəticələri açıqlanıb. İstanbul Sənaye Palatasının (İSO) hazırladığı “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi 2023 Araşdırması”nda “SOCAR-Türkiyə”nin qrup şirkətlərindən olan "Star" neft email zavodu (NEZ) üçüncü, Petkim isə otuzuncu yerdə qərarlaşıb.

“SOCAR-Türkiyə”dən "İki sahil"ə bildirilib ki, "Star"NEZ İstanbul Sənaye Palatasının istehsaldan satışa əsasən hazırladığı Türkiyənin 500 ən böyük sənaye müəssisəsi siyahısında üçüncü yerə layiq görülüb. Tədqiqat nəticələrinə görə, "Star" NEZ təqribən 227 milyard lirəlik istehsaldan satışla üçüncü olub. Petkim isə 35,9 milyard lirəlik məhsul satışı ilə siyahıda otuzuncu yerdə qərarlaşıb.

Qeyd edək ki, sənaye sektorlarının nəhənglərini müəyyən edən “Türkiyənin 500 ən böyük sənaye müəssisəsi araşdırması” 1968-ci ildən etibarən İstanbul Sənaye Palatası (İSO) tərəfindən açıqlanır.