İyunun əvvəlində müflis olduğunu elan edən Amerikalı elektrik avtomobil istehsalçısı "Fisker" Şimali Amerika və Avropada 12500-dən çox avtomobili könüllü olaraq geri çağırır.
“İki sahil” xəbər verir ki, bu barədə şirkətdən bildiriblər.
Məlumata əsasən, buna səbəb xarici qapı tutacaqlarında yarana biləcək problemlərdir.
Geri çağırılma 2023-2024-cü illərin flaqman "Ocean" avtomobillərinə aiddir. ABŞ-da 8,2 min, Kanadada 513 və Avropada 3,8 min bu model avtomobil geri çağırılacaq.