04 noyabr 2024 22:46
102

Məşhur müğənni və ailəsi axtarışa verildi

"Noqu Svelo!" rok qrupunun lideri Maksim Pokrovski və ailəsi Federal Vergi Xidmətinə (FTS) 400 min rubldan çox borcuna görə axtarışa verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilir ki, vergi orqanları ailənin 436 min rubl məbləğində borcuna görə Pokrovski, onun həyat yoldaşı və oğlunu axtarır. Pokrovskilər ailəsi bir neçə aydır ki, vergi borcunu ödəmir.