29 iyun 2024 16:43
198

Seçici siyahılarının dərci avqust ayının 12-dək başa çatacaq

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçici siyahılarının dərci avqust ayının 12-dək başa çatacaq.

“İki sahil” xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.