29 iyun 2024 19:43
152

Ukrayna və Şimali Makedoniya təhlükəsizlik sazişi imzalayacaq

Ukrayna xarici işlər naziri Dmitri Kuleba Şimali Makedoniyadan olan həmkarı Timço Mutsunski ilə Avropa İttifaqına (Aİ) üzvlük prosesini və ikitərəfli təhlükəsizlik sazişinin hazırlanmasını müzakirə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna diplomatiyasının rəhbəri “X” sosial şəbəkəsində məlumat verib.

"Biz ikitərəfli əməkdaşlığımızı genişləndirmək və ölkələrimizin Aİ-yə daxil olma prosesini inkişaf etdirmək yollarını müzakirə etdik. Biz həmçinin ikitərəfli təhlükəsizlik sazişimizin hazırlanmasına diqqət yetirdik", - ukraynalı nazir yazıb.

O əlavə edib ki, Şimali Makedoniyaya İsveçrədə keçirilən I Qlobal Sülh Sammitində iştirakına görə təşəkkür edib. Kulebanın sözlərinə görə, həmsöhbətlər BMT Nizamnaməsinə və Sülh Formulasına uyğun olaraq beynəlxalq təhlükəsizliyin və uzunmüddətli sülhün bərpası üçün gələcək birgə addımları müzakirə ediblər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”