29 iyun 2024 20:32
196

Viktor Orban: Avropa böhran yaşayır

Avropa nizamı gözümüzün qabağında terror təhlükəsi ilə əriyir və ictimai təhlükəsizliyin sarsılması davamlı xarakter alır.

“İki sahil” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban “Magyar Nemzet” nəşrinin bugünkü nömrəsində dərc olunan “Xəyanət və yenidənqurma” sərlövhəli məqalədə yazıb.

Avropa İttifaqının (Aİ) tənəzzül etdiyini, Brüssel məmurlarının kommunistləri xatırlatdığını yazan Macarıstanın hökumət başçısı əlavə edib ki, Avropanın beynəlxalq siyasətdə öz maraqlarını ifadə etmək qabiliyyəti də geriləyib: “Biz bağlanırıq və bloklaşmaya giririk, qonşuluqda müharibə gedir. Bütün bunlar Avropa xalqlarını çətin vəziyyətə salıb, insanların gündəlik həyatını çətinləşdirib. Avropa xalqının gördüyü sülh, nizam və inkişaf əvəzinə müharibə, köç və durğunluqdur”.

Ukrayna müharibəsinə toxunan V.Orban vurğulayıb ki, Brüsseldəki bürokratlar bu müharibənin tərəfdarlarıdırlar, bunu özlərininki hesab edirlər və Rusiyanı məğlub etmək istəyirlər: “Avropalıların pulları davamlı olaraq Ukraynaya yönəldilir, sanksiyalar Avropa şirkətlərinin ayağına güllə olub, inflyasiyanı artırıb və milyonlarla Avropa vətəndaşını maliyyə çətinliyinə sürükləyib”.