03 iyul 2024 22:27
172

Prezident İlham Əliyev: Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir

Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşdə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan artıq Çinin 6 şəhərində ticarət evi açıb, bununla da Çin bazarında öz məhsullarını təşviq etməyə çalışır. Həmçinin biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq”.