03 iyul 2024 22:28
194

Astanada nümayəndə heyətlərinin başçılarının şərəfinə qeyri-rəsmi şam yeməyi verilib

İyulun 3-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak edən nümayəndə heyətlərinin başçılarının şərəfinə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin adından qeyri-rəsmi şam yeməyi verilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.