04 iyul 2024 11:41
149

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verilir - Putin

Rusiya prezidenti Vladimir Putin bildirib ki, ölkəsi Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verir.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı RT yayıb.

“Rusiya Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlıq qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir”, - deyə, Putin bildirib.

O qeyd edib ki, bu əməkdaşlıq bərabərlik, bir-birinin maraqlarının nəzərə alınması, mədəni və sivilizasiya müxtəlifliyinə hörmət prinsipləri əsasında tədricən inkişaf etməkdə davam edir.