04 iyul 2024 11:49
151

ŞƏT üzvləri ilə ticarət əməliyyatlarında milli valyutaların payı 92%-i ötüb - Putin

2024-cü ilin ilk dörd ayında Rusiyanın ŞƏT üzvləri ilə ticarət əməliyyatlarında milli valyutaların payı 92%-i ötüb.

“İki sahil” RT-yə istinadla xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

"Rusiyanın təşkilat üzvləri ilə ticarət əməliyyatlarında milli valyutaların payı bu ilin ilk dörd ayının nəticələrinə əsasən, artıq 92%-i ötüb", - deyə, Putin Rəhbərlər Şurasının iclasında çıxışı zamanı deyib.

Daha əvvəl Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ŞƏT sammitində yeni Avrasiya təhlükəsizlik sisteminin yaradılması ideyası mütləq qeyd olunacaq.