04 iyul 2024 16:31
173

Plastik əməliyyat günahdır - Rafael İsgəndərov

Əməkdar artist Rafael İsgəndərov plastik əməliyyatlarla bağlı dediyi sözlərlə diqqət çəkib. 

“İki sahil” xəbər verir ki, aktyor bu barədə “Şən gənc” verilişində danışıb. 

Belə ki, proqram zamanı ona ünvanlanan “Sənət üçün plastik əməliyyat etdirərdinizmi?” sualına “Plastik əməliyyat günahdır”, - deyərək cavab verib. 

“İnsan uşaq vaxtı yıxılıb, burnu qırılıb, çəpər əyriliyi var, bu səbəbdən olarsa, başqa məsələ. Amma Allahın verdiyini dəyişdirəsən... Bu, düzgün deyil”,- Rafael İsgəndərov bildirib.