08 iyul 2024 01:08
322

Parisdə solçu tərəfdarların nümayişi polislə toqquşma ilə müşayiət olunub

Parisin mərkəzindəki Respublika meydanında solçu Yeni Xalq Cəbhəsi alyansı tərəfdarlarının nümayişi zamanı polislə toqquşmalar baş verib.

“İki sahil” xəbər verir ki, TASS müxbirinin hadisə yerindən verdiyi məlumata görə, radikallar mağazaların yaxınlığında dayanmış zibil qutularını və velosipedləri yandırmağa başlayıblar. Polis onları yaxınlıqdakı küçələrə itələdi. Etirazçılar həmçinin fişənglər yandırmağa və atmağa başlayıblar.

Nümayiş yerinə su şırnaqları yerləşdirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”