10 iyul 2024 16:30
470

“SOCAR Terminal”ın baş direktoru Türkiyə Dəniz Sammitində məruzəçi olub - FOTO

“SOCAR Türkiyə”nin qrup şirkəti olan “SOCAR Terminal”ın baş direktoru və İdarə Heyətinin sədr müavini Uygun Değirmenci Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlunun iştirakı ilə Tersane İstanbulda keçirilən 3-cü Türkiyə Dəniz Sammitində məruzəçi kimi iştirak edib.

“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” rəsmi "X" səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, U.Değirmenci “Türk Dəniz Ticarətində Sahil Tesisi İnfrastrukturları və Gələcəyə Baxış” adlı paneldə çıxış edərək öz bilik və təcrübələrini paylaşıb.