10 iyul 2024 18:00
601

“SOCAR Türkiyə” “Ən yaxşı Korporativ İdarəetmə” mükafatına layiq görüldü

“SOCAR Türkiyə” dünyanın biznes və maliyyə üzrə ən nüfuzlu jurnallarından biri olan “World Finance” tərəfindən təşkil edilən “Dünya Maliyyə Korporativ İdarəetmə 2024 Mükafatları” çərçivəsində ətraf mühit, sosial və idarəetmə sahələrindəki fəaliyyətlərinə görə “Ən yaxşı Korporativ İdarəetmə” kateqoriyasında mükafata layiq görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə “SOCAR Türkiyə” məlumat yayıb.

“SOCAR Türkiyə” paylaşımda bu uğurda əməyi olan bütün həmkarlarını təbrik edib.