11 iyul 2024 10:36
208

BRİKS dünyanın ən böyük iqtisadi mərkəzlərindən biridir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin BRİKS qrupunu dünyanın ən böyük iqtisadi mərkəzlərindən biri adlandırıb.

“İki sahil” xəbər verir ki, o, bu barədə Telegram kanalında yazıb.

"Mövcud olduğu 15 il ərzində BRİKS ən böyük iqtisadi mərkəzlərdən birinə çevrilib", - deyə, Volodin bildirib.

O, BRİKS üzvlərinin sanksiyalara baxmayaraq mövqelərini yaxşılaşdırdıqlarını qeyd edib.

“BRIKS dövlətlərinin qlobal ÜDM-də payı G7-nin payını 29%-i üstələyərək 36,8%-ə yüksəlib. Bu boşluq daha da artacaq”, - deyə Volodin əlavə edib.