31 iyul 2025 08:52
136

Braziliya şirkətləri ABŞ-a neft tədarükünü dayandırıb

Braziliyada fəaliyyət göstərən enerji şirkətləri Vaşinqtonun 50 faizlik idxal rüsumları tətbiq etmək qərarından sonra ABŞ-a neft ixracını dayandırıblar.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi Braziliya Neft və Qaz İnstitutunun (IBP) rəhbəri Roberto Ardenqinin bəyanatına istinadən xəbər verir.

Bu həftə ABŞ prezidenti Donald Tramp Braziliyadan idxala yeni tariflərin tətbiq edilməsi haqqında fərman imzalayıb. Sənəddə qeyd olunur ki, bu cür tədbirlər ABŞ-nin maraqlarına təhlükə yarada biləcək hərəkətlərə cavab olaraq qəbul edilib.

IBP Braziliyada fəaliyyət göstərən neft və qaz sektorunun ən böyük oyunçularını təmsil edir. Bunların arasında "Petrobras", "Shell", "TotalEnergies", "ExxonMobil" və "Equinor" var.

Agentliyin məlumatına görə, neft Amerika bazarı üçün Braziliyanın əsas ixrac məhsulu olaraq qalır.