İstanbulun Esenyurt şəhərində naməlum şəxs siqnal kəsici ilə açdığı avtomobildən 300 min lirə oğurlayaraq yoxa çıxıb.
“İki sahil” xəbər verir ki, hadisə ötən cümə axşamı saat 15.20 radələrində İstanbulun Esenyurt Cümhuriyyət səmtində baş verib. İddiaya görə, alqı-satqı əməliyyatından sonra banka gedən daşınmaz əmlak agenti Murat Güleç avtomobilini küçədə saxlayıb. O, qapını kilidləyərkən naməlum şəxs siqnal blokerindən istifadə edərək avtomobilin kilidlənməsinin qarşısını alıb. Şübhəli şəxs avtomobilə yaxınlaşaraq qapısını açıb və içərisində 300 min lirə nağd pul olan çantanı oturacağın altından götürərək nəqliyyat vasitəsindən uzaqlaşıb. Hadisədən sonra M.Güleç vəziyyəti polis qruplarına xəbər verib.
Oğurluq anları yaxınlıqdakı bir iş yerinin təhlükəsizlik kamerası ilə saniyə saniyə qeydə alınıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”