13 iyul 2024 15:45
439

Yük maşını tırla toqquşub - Sürücülərin biri ölüb ölü

Antalya-Korkuteli magistral yolunda yük maşınının eyni istiqamətdə minik avtomobili ilə yük maşınına çırpılıb.

“İki sahil” xəbər verir ki, yük maşınının sürücüsü hadisə yerində dünyasını dəyişib.

Qəza anı avtomobilin kamerasına saniyə saniyə əks olunub.

Məlumata görə, qəza yerli vaxtla səhər saat 07.30 radələrində Antalya-Korkuteli yolunun 33-cü kilometrliyində baş verib.

Bildirilir ki, İsa Çobanın (39) idarə etdiyi yük maşını Korkutelidən Antalya istiqamətində hərəkətdə olan Mehmet Gökçenin idarə etdiyi avtomobilə, sonra Maşın, orta zolaqdakı baryerlərə, son olaraq da Erkan Kaçakın idarə etdiyi tıra çırpılıb.

Hadisə yerinə polis, jandarma, xilasetmə və sağlamlıq qrupları cəlb edilib.

Məlum olub ki, yük maşının sürücüsü İsa Çoban hadisə yerində dünyasını dəyişib.

Jandarma qrupları qəza ilə əlaqədar araşdırma başlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”