14 iyul 2024 19:09
384

Qazaxıstanda qətliam kimi avtoqəza – 5 ölü, 11 yaralı

Qazaxıstanda avtobus və mikroavtobus toqquşub.

“İki sahil” xəbər verir ki, Karaqanda-Balkaş yolunda baş verən qəza nəticədə 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Hadisə yerli vaxtla saat 12:00 radələrində, Axşatau kəndindən 30 kilometr aralıda baş verib.

Zakon.kz-nin yazdığına görə, hadisə zamanı “Toyota Estima” markalı mikroavtobusun 4 sərnişini, avtobusun isə bir sərnişini hadisə yerində ölüb.

Polis idarəsindən verilən məlumata görə, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə yerləşdirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”