ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsddən sonra prezident Co Baydenlə Tramp arasında qısa dialoq olub.
“İki sahil” xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, iyulun 13-də axşam saatlarında baş tutan söhbət zamanı Bayden Trampı əmin edib ki, baş verənlərlə bağlı tam təhqiqat aparılacaq.
Bildirilib ki, iki siyasətçi uzun müddətdən sonra ilk dəfə birbaşa danışıblar. Hətta teledebat zamanı Bayden və Tramp ünsiyyət qurmayıblar.
Məhərrəm Ağalaroğlu, “İki sahil”