SOCAR neft-qaz şirkətindən enerji şirkətinə çevrilməkdədir. Beynəlxalq enerji şirkətinə çevrilmək yolunda irəliləyən şirkət olaraq ətraf mühitin mühafizəsi və təmizlənməsi bizim prioritet istiqamətlərimizdən biridir.
“İki sahil” xəbər verir ki, bu sözləri SOCAR-ın mətbuat katibi Orxan Hüseynov Milli Mətbuat Günü və “Əsrin müqaviləsi”nin 30 illiyi münasibətilə media nümayəndələri üçün SOCAR-ın Ekoloji parkına təşkil edilən media-tur zamanı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Bakı buxtasının təmizlənməsi həyata keçirilir.
“Bura həmçinin Bakı buxtası ərazisində suda batmış və yarımbatmış qurğuların və digər tullantıların təmizlənməsi daxildir. Biz bu işləri uğurla həyata keçiririk. Gələcəkdə də dövlət tərəfindən bu cür nəhəng layihələrin həyata keçirilməsində SOCAR hər zaman öz dəstəyini və töhfəsini verməyə hazırdır”, - deyə o qeyd edib.
SOCAR hava şəraiti ilə bağlı istehsalat sahələrində təhlükəsizlik tədbirlərini gücləndirib
SOCAR "Uzbekneftegaz"la süni intellektin tətbiqi sahəsində Anlaşma Memorandumunu imzalayıb
Vətəndaş cəmiyyəti təmsilçilərinin SOCAR-ın Karbamid zavoduna səfəri təşkil olunub