21 iyul 2024 01:43
320

Ağrı dağında 2 alpinist itkin düşüb: Axtarış işləri davam edir

Ağrı dağının 4600 metrliyində 3 alpinist pis hava şəraiti ilə əlaqədar itkin düşüb.

“İki sahil” xəbər verir ki, itkin düşən alpinistlərdən birinin zirvəyə qalxmağa davam edən bələdçilər tərəfindən endirildiyi və ayağının sındığı bildirilib.

Məlumata görə, itmiş iki alpinisti xilas etməyə gedən bələdçi Resul Civaş və iki dostu 5 min metrə qədər dırmaşarkən və axtarışlarını apararkən iki dəfə ildırım düşməsi təhlükəsi ilə qarşılaşıb. Soyuq, duman və fırtına ilə əlaqədar düşərgə bölgəsinə qayıdan bələdçi Resul Civaş və dostlarının sabah axtarışlarını davam etdirəcəkləri qeyd edilib.

Ağrı dağında UMKE və AFAD qrupları itkin düşən iki alpinistin tapılması üçün işləri davam etdirir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”