29 iyul 2024 01:28
446

Almaniya Kanslerinin ofisi yaxınlığında bıçaqlanma olub, 4 nəfər yaralanıb

Berlində Federal Kansler Ofisinin cəmi bir neçə yüz metrliyində bıçaqlanma nəticəsində azı 4 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Bild am Sonntag” qəzeti yazır.

Nəşrin məlumatına görə, polis şübhəli şəxsi Berlin mərkəzi stansiyasının yaxınlığında saxlayıb. Yaralılar xəstəxanalara çatdırılıb. Hadisə yerinə xilasedicilər, helikopter cəlb olunub.

Hələlik başqa təfərrüatlar açıqlanmayıb.