29 iyul 2024 14:57
593

Rusiyada sərnişin qatarı relsdən çıxıb - VİDEO

Rusiyanın Volqoqrad vilayətində “Kazan-Adler” marşrutu üzrə hərəkət edən sərnişin qatarı relsdən çıxıb.

“İki sahil”  RT-yə istinadla xəbər verir ki, hadisə nəticəsində sərnişinlər arasında 20-dən yaralının olduğu bildirilib.

Onlar təcili yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb.

Şahidlərin dediyinə görə, hadisəyə səbəb “Kamaz” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətə davam edərək, qatarın yoluna çıxması olub.