29 iyul 2024 15:12
500

Türkiyə ordusundan yeni əməliyyat: Yeddi terrorçu MƏHV EDİLDİ

Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yeni əməliyyat keçirib.

“İki sahil” Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat nəticəsində İraqın şimalında PKK terror qruplaşmasının üç, Suriyanın şimalında isə PKK/YPG terror qruplaşmasının dörd üzvü öldürülüb.