03 avqust 2024 14:20
549

ABŞ hərbi helikopteri Yaponiyada düyü tarlasına təcili eniş edib - VİDEO

ABŞ hərbi helikopteri mühərrikində nasazlıq səbəbindən Yaponiyanın Kanaqava prefekturasının Ebina şəhərində düyü tarlasına təcili eniş edib.

“İki sahil” xəbər verir ki, yerli rəsmilər tərəfindən verilən açıqlamaya görə, Kanaqava prefekturasının Atsuqi şəhərindən havaya qalxan helikopter Yamaquçi prefekturasının İvakuni şəhərinə gedərkən mühərrikində nasazlıq yaranıb. Bunun üzərinə pilot yerli vaxtla 10.55-də məcburi eniş edib.

Rayon sakinlərinin xəbərdarlığından sonra hadisə yerinə polis, yanğınsöndürmə briqadası və tibb qrupları sövq edilib və helikopterdə olan 12 nəfərdən heç kimin xəsarət almadığı müəyyən edilib. Helikopterin saat 12.40-da yenidən havaya qalxaraq Atsugi şəhərindəki hərbi bazaya geri döndüyü açıqlanarkən, hadisə ilə bağlı ətraflı araşdırma başladılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”