05 avqust 2024 09:30
565

Türkiyədə “Siberağ-4” əməliyyatı: 86 nəfər saxlanılıb

Türkiyədə Jandarma Baş Komandanlığının Kiber Cinayətlərlə Mübarizə İdarəsinin koordinasiyasında Vilayət Jandarma Komandanlıqları tərəfindən aparılan araşdırma əsasında 26 vilayətdə “Siberağ-4” əməliyyatları təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya "X" hesabında məlumat verib.

Bildirilib ki, Jandarma tərəfindən xüsusi oğurluq və dələduzluq, bank və ya kredit kartlarından sui-istifadə, qanunsuz mərc oyunları və onlayn uşaq əxlaqsızlığı cinayətlərinə qarşı həyata keçirilən əməliyyatlarda 86 şübhəli saxlanılıb. Şübhəlilərin hesablarında 91 milyon 400 min TL əməliyyat olduğu müəyyən edilib.

Əməliyyatlar nəticəsində sənədsiz silahlar, çoxlu sayda kompüter, saxta sürücülük vəsiqələri və rəqəmsal materiallar ələ keçirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”