Rusiyanın Volqoqrad vilayətində yük maşını ilə avtobusun toqquşması nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.
“İki sahil” xəbər verir ki, bu barədə TASS-a Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsindən məlumat verilib.
“İlkin məlumata görə, Moskva vaxtı ilə saat 04:16-da R-22 “Kaspi” magistralının 783-cü kilometrliyində “İveco” markalı yük maşını ilə Həştərxan-Moskva marşrutu üzrə hərəkət edən “Yutong” markalı avtobus toqquşub. Avtobusun sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib, 16 nəfər yaralanıb”.
3-ü uşaq olmaqla 14 zərərçəkənin vəziyyəti orta ağır qiymətləndirilir. Region administrasiyası “Telegram” kanalında bildirib ki, iki nəfər yaşlının vəziyyəti ağırdır.
"İlkin məlumatlara görə, avtobusda 30-a yaxın sərnişin olub. Bir nəfər - sürücü dünyasını dəyişib; 3-ü uşaq olmaqla 16 zərərçəkən Mixaylovskaya Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin qiymətləndirməyə görə, 14 xəstənin vəziyyəti ağırdır. 2 nəfərin vəziyyəti orta ağırdır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”