Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya Təhlükəsizlik Ümumi Müdirliyinin koordinasiyasında KOM Başçılığı; Kırklareli Vilayət Təhlükəsizlik Müdirliyi KOM Şöbə Müdirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində; Kırklareli mərkəzli İstanbul, Tekirdağ və Diyarbakırda mütəşəkkil cinayətkar təşkilatlarına qarşı “Kuyu-15” əməliyyatlarının keçirildiyi açıqlanıb.
“İki sahil”in məlumatına görə, nazir “X” sosial şəbəkəsində yazıb ki, keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən qruplaşma başçıları olan 30 şübhəli yaxalanıb.
Bildirilib ki, əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstə üzvü olan şübhəlilərin cinayət törətmək üçün təşkilat yaratmaq, qəsdən adam öldürməyə cəhd, talama, əmlaka ziyan vurma, sələmçilik, fahişəlik və insan alveri, o cümlədən ümumi təhlükəsizliyə qəsdən təhlükə törətmək və 6136 saylı qanunu pozmaq cinayətlərini törətdikləri müəyyən edilib.
Keçirilən əməliyyatlar zamanı mütəşəkkil cinayətkar dəstənin üzvləri, o cümlədən qruplaşma başçıları olan 30 şübhəli saxlanılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində ilkin məlumata görə, 8 sənədsiz tapança, 2 sənədsiz tüfəng və çoxlu patron götürülüb.
Nazir vurğulayıb ki, mütəşəkkil cinayətkar qruplar və dəstələr qazdıqları quyulara düşəcəklər
Məhərrəm Ağalaroğlu, “İki sahil”