07 avqust 2024 11:10
549

ABŞ-da təyyarə qəzaya uğrayıb - 4 nəfər həlak olub

ABŞ-ın Oklahoma ştatında Sundance hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Oklahoma Siti Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Hadisə nəticəsində dörd nəfərin həlak olduğu bildirilir.

Təyyarə havaya qalxdıqdan az sonra Oklahoma Siti şəhərinin şimal-qərbində qəzaya uğrayıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisə yerində bir neçə təcili yardım briqadası işləyir.

Xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”