10 avqust 2024 20:12
626

Türkiyənin 58-ci hava limanı istifadəyə verilib - YENİLƏNİB

Türkiyənin Mersin vilayətində Çukurova Beynəlxalq Hava Limanı istifadəyə verilib.

“İki sahil” xəbər verir ki, açılış mərasimində iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Çukurova Hava Limanı Türkiyənin region və dünya üçün hava qapısına çevriləcək.

***

Bu gün Türkiyənin 58-ci hava limanının açılış mərasimi keçiriləvək.

“İki sahil” xəbər verir ki, Mersinin Tarsus rayonunda tikintisi başa çatan Çukurova Beynəlxalq Hava Limanının açılış mərasimində Prezident Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.

Çukurova Hava Limanı təqribən 244,5 milyon avro investisiya dəyəri ilə “inşa et-işlət-təhvil ver” modeli ilə inşa edilib. Hava limanının 25 il ərzində 297 milyon 100 min avro icarə gəliri əldə edəcəyi gözlənilir.

8 milyon sərnişin tutumuna malik olan hava limanı Adana və Mersin başda olmaqla Çukurova bölgəsinə xidmət göstərəcək. 800 hektar sahədə inşa edilən və CAT-II standartlarında 3500 metr uzunluğunda uçuş-enmə zolağına sahib olan hava limanı Türkiyənin ən əhəmiyyətli aviasiya investisiyalarından biri hesab olunur.

Məhərrəm Ağalaroğlu, “İki sahil”