10 avqust 2024 17:25
613

Suriyanın şimalında 12 terrorçu zərərsizləşdirilib

Suriyanın şimalında "Fırat Kalkanı" və "Zeytin Dalı" bölgələrində aşkarlanan 12 PKK/YPG terrorçusu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda aramsız olaraq davam edir.

Məhərrəm Ağalaroğlu, “İki sahil”