12 avqust 2024 01:17
563

Zaporojya AES-də yanğın baş verdi: Ukrayna və Rusiya bir-birini günahlandırır - VİDEO

Zaporojya Atom Elektrik Stansiyasında yanğın baş verib.

“İki sahil”in məlumatına görə, Ukrayna ilə Rusiya qarşılıqlı olaraq bir-birini ittiham edirdilər.

Elektrik stansiyasında radiasiya göstəricilərinin normal olduğu bildirilib.

Zaporojya vilayətinin qubernatoru adlandırılan Yevgeni Balitskiy baş verən yanğınla bağlı açıqlama yayıb.

Onun sözlərinə görə, Ukrayna ordusunun elektrik stansiyasının yaxınlığındakı Enerhodara artilleriya hücumu nəticəsində elektrik stansiyasının soyutma sistemində yanğın baş verib.

Ukrayna prezidenti Zelenski isə bildirib ki, yanğını Rusiya törədib.

Zelenski bildirib ki, elektrik stansiyasında və onun yerləşdiyi şəhərdə radiasiya səviyyəsi normal səviyyədədir.

Nüvə təhlükəsi barədə məlumat verilməyib

Beynəlxalq Atom Enerjisi Agentliyi də çoxsaylı partlayışlardan sonra elektrik stansiyasından tüstünün qalxdığını açıqlayıb.

Ərazidə heç bir təhlükəsizlik təhlükəsi qeydə alınmayıb.

Elektrik stansiyası 2022-ci ilin martında ruslar tərəfindən ələ keçirilib. Hazırda Rusiya ordusunun nəzarətində olan elektrik stansiyasının ətrafında artilleriya hücumları olsa da, Ukrayna və Rusiya hücumlarda bir-birini günahlandırır.

Məhərrəm Ağalaroğlu, “İki sahil”