14 avqust 2024 10:00
612

Türkiyədə “Narkoçelik-32” əmnəliyyatında 3746 kq narkotik dövriyyədən çıxarılıb

Türkiyənin 59 vilayətində narkotacirlərə qarşı əməliyyat keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə məlumat verən daxili işlər naziri Əli Yerlikaya bildirib ki, “Narkoçelik-32” əməliyyatlarında 520 narkotacir və küçə satıcısı saxlanılıb.

“59 vilayətdə zəhər tacirləri və narkotik istehsalçılarının yerli cinayətkar təşkilatlarına qarşı həyata keçirilən "Narkoçelik-32" əməliyyatlarında; 3 ton 746 kiloqram narkotik maddə və 861 min 90 ədəd narkotik həb götürülüb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”