Türkiyənin 36 vilayətdə PKK terror təşkilatına qarşı keçirilən “Gürz-8” əməliyyatı keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə qardaş ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir sosial media hesabından yazıb ki, Təhlükəsizlik Ümumi Müdirliyi TEM Şöbəsi və Kəşfiyyat Müdirliyinin koordinasiyasında, Vilayət Təhlükəsizlik Müdirliklərinin TEM şöbə müdirlikləri tərəfindən “Gürz-8" əməliyyatlarında 222 şübhəli saxlanılıb: "Əziz millətimizin bilməsini istəyirəm ki, heç bir terrorçuya göz yummasına icazə verməyəcəyik. Təhlükəsizlik güclərimizin üstün səyləri ilə mübarizəmizi davam etdirəcəyik. Millətimizin sülh, birlik və həmrəyliyi üçün son terrorçu zərərsizləşdirilənə qədər əzmkarlıq”.
Əməliyyatlar nəticəsində sənədsiz tapançalar, sənədsiz ov tüfəngləri, külli miqdarda xarici valyuta və türk lirəsi, çoxlu sayda rəqəmsal material və təşkilati sənədlər ələ keçirildiyi deyilir.
3️⃣6️⃣ ilde Bölücü Terör Örgütüne (BTÖ) yönelik düzenlenen “GÜRZ-8” operasyonlarında Bölücü Terör Örgütü içerisinde faaliyet yürüttüğü tespit edilen 2️⃣2️⃣2️⃣ şüpheli yakalandı❗️
— Ali Yerlikaya (@AliYerlikaya) August 17, 2024
Aziz Milletimizin Bilmesini İsterim ki; Teröristlerin hiçbirine göz açtırmayacağız. Güvenlik güçlerimizin… pic.twitter.com/3QCgO9TmwR
Məhərrəm Ağalaroğlu, “İki sahil”