Tailandın keçmiş baş nazirlərindən olan Taksin Şinavatranın qızı, 37 yaşlı Paetonqtarn Şinavatra bu gün yeni baş nazir elan edilib.
“İki sahil” xəbər verir ki, Şinavatra bu səhər keçirilən mərasimlə Taylandın 31-ci baş naziri vəzifəsinə başlayıb. Tayland parlamentinin son səsverməsi ilə ölkənin 31-ci baş naziri seçilən Paetongtarn bununla da ölkə tarixinin ən gənc baş naziri olub.
Vəzifəni qəbul etdikdən sonra verdiyi mətbuat danışan Şinavatra şərəf və qürur hissi keçirdiyini ifadə edərək, “Mən, Baş nazir Paetonqtarn Şinavatra, səlahiyyət müddətim ərzində Taylandın bərabər imkanlar və xoşbəxtlik ölkəsi olması üçün əlimdən gələni edəcəyəm”, deyə bildirib.
Mərasimdə 15 illik sürgündən sonra ötən il ölkəsinə qayıdan və ona qarşı irəli sürülən siyasi ittihamlarla bağlı kralın əfvinə müraciət edən keçmiş baş nazir Taksin Şinavatra da iştirak edib. O, qızının andiçmə mərasimindən sonra mətbuata verdiyi açıqlamada, “Xüsusi bir vəziyyət yoxdur. 23 il əvvəl mən öndə, o arxada dayanmışdı. Bu gün o öndə dayanır, mən arxadayam”, deyə bildirib.
21 avqust 1986-cı ildə anadan olan Paetongtarn ali təhsilini İngiltərədə başa vuraraq ölkəsinə qayıdıb və Şinavatra ailəsinin şirkətlərində menecer vəzifəsində çalışıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”